0
Tuesday 28 August 2012 - 08:16

BMT: 8 ildən sonra Qəzza zolağı həyat üçün yararsız olacaq

Story Code : 190579
BMT: 8 ildən sonra Qəzza zolağı həyat üçün yararsız olacaq
BMT: 8 ildən sonra Qəzza zolağı həyat üçün yararsız olacaq
Hesabat müəlliflərinin fikrincə, blokada nəticəsində zolağın iqtisadiyyatı yaxın illərdə tamamilə sıradan çıxa bilər. Qəzza zolağında insanlar əsasən xaricdən maliyyələşmə və «tunel iqtisadiyyatı»nın hesabına yaşayırlar. Tunellər vasitəsilə Misirdən qida məhsulları, tikinti materialları, elektronika və avtomobil gətirilir.

Qəzza zolağında əsas problemlərdən biri içməli su qıtlığıdır. Yaxın illərdə zolaqda içməli suya olan tələbat 60% artmalıdır. Hesabat müəlliflərinin fikrincə, Qəzza zolağında təcili dəniz suyunun şirinləşdirilməsi üzrə zavod tikilməlidir. Əks halda artıq 2016-cı ildə zolaqda yerli içməli su tamamilə yoxa çıxa bilər.
Source : apa
Comment