QR CodeQR Code

BMT baş katibi İran parlamentinin sədri ilə görüşəcək

28 Aug 2012 17:02

IslamTimes - BMT baş katibi Pan Gi Mun Tehrana səfəri çərçivəsində İran parlamentində olacaq.


APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, P. G. Mun sabah İran parlamentinin sədri Əli Laricani ilə görüşəcək.

Parlamentin insan haqları komissiyasının sədri Hadi Şüştəri bildirib ki, deputatlar Pan Gi Munla görüşərək onun bəzi sualları cavablandırmasını istəyirlər.

Qeyd edək ki, Pan Gi Mun Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısında iştirak etmək üçün avqustun 29-da İrana səfər edəcək.


Story Code: 190785

News Link :
https://www.islamtimes.org/az/news/190785/bmt-baş-katibi-iran-parlamentinin-sədri-ilə-görüşəcək

Islam Times
  https://www.islamtimes.org