0
Tuesday 28 August 2012 - 17:02

BMT baş katibi İran parlamentinin sədri ilə görüşəcək

Story Code : 190785
BMT baş katibi İran parlamentinin sədri ilə görüşəcək
BMT baş katibi İran parlamentinin sədri ilə görüşəcək
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, P. G. Mun sabah İran parlamentinin sədri Əli Laricani ilə görüşəcək.

Parlamentin insan haqları komissiyasının sədri Hadi Şüştəri bildirib ki, deputatlar Pan Gi Munla görüşərək onun bəzi sualları cavablandırmasını istəyirlər.

Qeyd edək ki, Pan Gi Mun Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısında iştirak etmək üçün avqustun 29-da İrana səfər edəcək.
Comment