QR CodeQR Code

XVI NAM Sammitinə 24 prezident və 3 padşah qatılır

29 Aug 2012 13:55

IslamTimes - NAM sammitində 24 prezident, 3 padşah və 80 xarici işlər naziri iştirak edəcək.


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Qoşulmama Hərəkatı (NAM) sammitinin sözçüsü Ramin Mehmanpərəst müxtəlif ölkə nazirlərinin görüşü çərçivəsində jurnalistlərin suallarına cavablandırarkən deyib: "XVI NAM Sammitində iştirak edən 55 nazirdən 50-si xarici işlər naziridir. Bu sammit çox yüksək səviyyədə baş tutdu, hətta BMT-nin iclasları ilə belə bərabərlik etdi."

Ramin Mehmanpərəst əlavə edib: "Zirvə toplantısında iştirak etmək üçün 24 prezident və 3 padşah da Tehrana yollanacaq. Onlarla yanaşı sammitə qatılacaq baş nazirləri də nəzərə alsaq iclasda iştirak edən xarici işlər nazirlərinin sayı 80-a çatacaq. Bu da uyğun iclasın necə də yüksək səviyyədə keçirildiyinin göstəricisidir."


Story Code: 191020

News Link :
https://www.islamtimes.org/az/news/191020/xvi-nam-sammitinə-24-prezident-və-3-padşah-qatılır

Islam Times
  https://www.islamtimes.org