0
Wednesday 29 August 2012 - 13:55

XVI NAM Sammitinə 24 prezident və 3 padşah qatılır

Story Code : 191020
XVI NAM Sammitinə 24 prezident və 3 padşah qatılır
XVI NAM Sammitinə 24 prezident və 3 padşah qatılır
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Qoşulmama Hərəkatı (NAM) sammitinin sözçüsü Ramin Mehmanpərəst müxtəlif ölkə nazirlərinin görüşü çərçivəsində jurnalistlərin suallarına cavablandırarkən deyib: "XVI NAM Sammitində iştirak edən 55 nazirdən 50-si xarici işlər naziridir. Bu sammit çox yüksək səviyyədə baş tutdu, hətta BMT-nin iclasları ilə belə bərabərlik etdi."

Ramin Mehmanpərəst əlavə edib: "Zirvə toplantısında iştirak etmək üçün 24 prezident və 3 padşah da Tehrana yollanacaq. Onlarla yanaşı sammitə qatılacaq baş nazirləri də nəzərə alsaq iclasda iştirak edən xarici işlər nazirlərinin sayı 80-a çatacaq. Bu da uyğun iclasın necə də yüksək səviyyədə keçirildiyinin göstəricisidir."
Comment