QR CodeQR Code

“BMT baş katibi istəsə, İranın nüvə obyektlərinə baş çəkə bilər”

30 Aug 2012 00:24

IslamTimes - Əli Əkbər Salehi: “BMT baş katibi Pan Gi Mun istədiyi təqdirdə, İranın nüvə obyektlərinə baş çəkə bilər”.


“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısında iştirak edəcək dünya liderləri İsfahan, Təbriz, Şiraz şəhərlərinə səfər etməklə yanaşı, İranın sənaye müəssisələrinə, fabriklərinə, elm və araşdırma mərkəzlərinə də baş çəkə biləcəklər. Nazir prezident Mahmud Əhmədinejadın bu barədə təlimat verdiyini də açıqlayıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatının 2 günlük zirvə toplantısı sabah Tehranda başlayacaq. /APA/


Story Code: 191166

News Link :
https://www.islamtimes.org/az/news/191166/bmt-baş-katibi-istəsə-iranın-nüvə-obyektlərinə-çəkə-bilər

Islam Times
  https://www.islamtimes.org