0
Thursday 30 August 2012 - 00:24

“BMT baş katibi istəsə, İranın nüvə obyektlərinə baş çəkə bilər”

Story Code : 191166
“BMT baş katibi istəsə, İranın nüvə obyektlərinə baş çəkə bilər”
“BMT baş katibi istəsə, İranın nüvə obyektlərinə baş çəkə bilər”
“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısında iştirak edəcək dünya liderləri İsfahan, Təbriz, Şiraz şəhərlərinə səfər etməklə yanaşı, İranın sənaye müəssisələrinə, fabriklərinə, elm və araşdırma mərkəzlərinə də baş çəkə biləcəklər. Nazir prezident Mahmud Əhmədinejadın bu barədə təlimat verdiyini də açıqlayıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatının 2 günlük zirvə toplantısı sabah Tehranda başlayacaq. /APA/
Comment