QR CodeQR Code

İslam Rəhbəri: Tehran Sammiti düşmənləri alçaltdı

İslamtimes , 7 Sep 2012 11:34

İslamtimes - İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei deyib ki, Thehranın Qoşulmama Hərəkatının 16-cı sammitinə ev sahibliyi etməsi ölkənin düşmənləri üçün alçaldıcı məğlubiyyət oldu.


islamtimes.org/az/ - Cümə axşamı günü Ekspertlər Assambleyası üzvləri qarşısında çıxış edən İslam Rəhbəri deyib: “Axmaq düşmənlər bu sammitlə İrana qarşı siyasi müharibə aparmaq istəyirdilər, ancaq bu onların alçaldıcı şəkildə məğlub olmasına səbəb oldu.”

İslam Rəhbəri əlavə edərək deyib ki, Tehran sammitinin uğurlu keçməsi İranın ağıllı və müdrik siyasətinin sayəsi nəticəsində oldu.

Ayətullah Xamenei bildirib ki, sammitin müsbət tərəfi ondan ibarətdir ki, burada demək olar ki, dünyanın üçdə ikisi toplaşmış və digər beynəlxalq yığıncaqlarda səslənməyən fikirlər səslənmişdir.

Tehran sammitində iştirak edən bəzi dövlət başçılarının və digər iştirakçıların BMT və Təhlükəsizlik Şurası da daxil olmqla dünyanının beynəlxalq diktatura əsasənda idarə olunmasını tənqid etmələri və öz fikirlərini sərbəst ifadə etmələri bu sammiti digərlərindən üstün edir.

Ayətullah Xamenei həmçinin bildirib ki, Tehran sammiti ABŞ-ın rəhbərliyi ilə İrana qarşı tətbiq edilən sanksiyaların yararsız və təsirsiz olduğunu göstərdi və sammit üzvləri gördülər ki, İranın paytaxtında və digər şəhərlərində həyat öz axarı ilə davam edir.

Ayətullah Xamenei həmçinin İrandakı vəziyyət haqqında danışaraq deyib ki, ölkə xeyli uğurlar əldə etməklə inkişaf etməkdədir.


Story Code: 193401

News Link :
https://www.islamtimes.org/az/news/193401/islam-rəhbəri-tehran-sammiti-düşmənləri-alçaltdı

Islam Times
  https://www.islamtimes.org