QR CodeQR Code

NATO Türkiyəni Moskvaya qarşı qoydu

12 Sep 2012 09:49

IslamTimes - Türkiyənin sahil mühafizəsi kateri TCSG-71 Gürcüstanın ərazi sularına daxil olub.


Səfər Gürcüstan və Türkiyənin 2012-ci il üçün birgə əməkdaşlıq planı çərçivəsində həyata keçirilir. Səfərin məqsədi dəniz sərhədlərinin mühafizəsi sahəsində birgə hərbi-dəniz təlimlərinin keçirilməsidir. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstan sərhəd polisindən bildiriblər.
Səfər çərçivəsində Türkiyə sərhədçiləri Potidəki sahil mühafizəsi bazasında Gürcüstan-Rusiya müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidəyə gül dəstəsi qoyublar.
Onlar, həmçinin Poti meri və Gürcüstan Sahil Mühafizəsi Departamentinin rəhbərliyi ilə görüşlər keçiriblər.
Türkiyəyə məxsus sərhəd kateri sentyabrın 11-də Batumiyə istiqamət alacaq. Birgə hərbi-dəniz təlimləri sentyabrın 13-nə planlaşdırılıb.
Sahil mühafizə kateri Gürcüstanın dəniz akvatoriyasını sentyabrın 13-də tərk edəcək. /HaqqYolu/


Story Code: 194746

News Link :
https://www.islamtimes.org/az/news/194746/nato-türkiyəni-moskvaya-qarşı-qoydu

Islam Times
  https://www.islamtimes.org