0
Wednesday 12 September 2012 - 09:49

NATO Türkiyəni Moskvaya qarşı qoydu

Story Code : 194746
NATO - Türkiyə - Rusiya
NATO - Türkiyə - Rusiya
Səfər Gürcüstan və Türkiyənin 2012-ci il üçün birgə əməkdaşlıq planı çərçivəsində həyata keçirilir. Səfərin məqsədi dəniz sərhədlərinin mühafizəsi sahəsində birgə hərbi-dəniz təlimlərinin keçirilməsidir. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstan sərhəd polisindən bildiriblər.
Səfər çərçivəsində Türkiyə sərhədçiləri Potidəki sahil mühafizəsi bazasında Gürcüstan-Rusiya müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidəyə gül dəstəsi qoyublar.
Onlar, həmçinin Poti meri və Gürcüstan Sahil Mühafizəsi Departamentinin rəhbərliyi ilə görüşlər keçiriblər.
Türkiyəyə məxsus sərhəd kateri sentyabrın 11-də Batumiyə istiqamət alacaq. Birgə hərbi-dəniz təlimləri sentyabrın 13-nə planlaşdırılıb.
Sahil mühafizə kateri Gürcüstanın dəniz akvatoriyasını sentyabrın 13-də tərk edəcək. /HaqqYolu/
Comment