QR CodeQR Code

Peyğəmbərin təhqir olunması Banqladeşi də ayağa qaldırdı

14 Sep 2012 08:58

IslamTimes - ABŞ səfirliyinə növbəti hücum - "Birləşmiş Ştatlar rəsmi şəkildə üzr istəməlidir"


Banqladeşin paytaxtı Dəkkədə 1000 nəfərə yaxın islamçı ABŞ-ın bu ölkədəki səfirliyinə daxil olmağa cəhd edib.

Teleqraf.com-un İTAR-TASS-a istinadən xəbərinə görə, polislə etirazçılar arasında qarşıdurma yaranıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, müsəlmanlar Məhəmməd Peyğəmbərlə bağlı müsəlmanların hisslərini təhqir edən filmə görə ABŞ-ın rəsmi şəkildə üzr istəməsini tələb ediblər.

Nümayişçilər Amerika əleyhinə şüarlar səsləndiriblər. Etirazçıların lideri bildirib ki, daha mütəşəkkil aksiyalar keçiriləcək və ola bilsin ki, ABŞ səfirliyini mühasirəyə alacaqlar.


Story Code: 195300

News Link :
https://www.islamtimes.org/az/news/195300/peyğəmbərin-təhqir-olunması-banqladeşi-də-ayağa-qaldırdı

Islam Times
  https://www.islamtimes.org