QR CodeQR Code

Peyğəmbəri təhqir edən rejissor etiraf etdi

14 Sep 2012 09:13

IslamTimes - "100 israillidən 5 milyon dollar almışam və filmi İsrail üçün çəkmişəm"


Məhəmməd Peyğəmbəri və müsəlmanları təhqir edən və bütün dünyada geniş etiraza səbəb olan "Müsəlmanların məsumluğu" adlı filmin rejisoru Sam Basil filmin cəmiyyətdə siyasi qarşıdurma yaratmaq məqsədi ilə çəkildiyini etiraf edib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, İsrail əsilli Amerika vətəndaşı Basil Amerikanın "Wall Street Journal" qəzetinə verdiyi açıqlamasında müsəlmanları təhqir etməkdən belə çəkinməyərək deyib: "İslam xərçəng, müsəlmanlar isə məhv edilməli həşaratlardır. Bu film üçün 100 israillidən 5 milyon dollar almışam və filmi İsrail üçün çəkmişəm"

Sam Basil ABŞ-ın Florida ştatında Quranı yandıran rahib Terri Conesdən də dəstək aldığını bildirib.


Story Code: 195301

News Link :
https://www.islamtimes.org/az/news/195301/peyğəmbəri-təhqir-edən-rejissor-etiraf-etdi

Islam Times
  https://www.islamtimes.org