QR CodeQR Code

Səlibçi Avropa İrəvanın arxasında

15 Sep 2012 07:10

IslamTimes - Avropa Parlamenti azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsi və Azərbaycan prezidenti tərəfindən əfv edilməsi ilə bağlı qətnamə qəbul edib.


“Panarmenian”ın verdiyi məlumata görə, müvafiq sənəddə avropalı parlamentarilərin Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanmasına, ona mayor rütbəsinin və çəkdiyi 8 ilin əməkhaqqının təzminat şəklində verilməsinə görə təəssüf hissi keçirdiyi vurğulanıb. Qətnaməyə səs verən deputatlar Ermənistan və Azərbaycanı Qarabağ probleminin həllinə yönələn sülh danışıqlarını davam etdirməyə çağırıb.

Qətnamədə həmçinin Azərbaycan hökumətinə məhkəmə sisteminin təkmillədirilməsi istiqamətində səylər göstərilməsi çağırışı yer alıb.

Avropa Parlamentinin sədri müvafiq qətnaməni Avropa Şurasına, Avropa Komissiyasına, Azərbaycan hökuməti və parlamentinə, habelə Avropa Birliyinə daxil olan ölkələrin hökumətlərinə və parlamentlərinə təqdim edəcək. /HaqqYolu/


Story Code: 195496

News Link :
https://www.islamtimes.org/az/news/195496/səlibçi-avropa-irəvanın-arxasında

Islam Times
  https://www.islamtimes.org