QR CodeQR Code

Roma Papasından Qərbə sarsıdıcı zərbə

15 Sep 2012 09:42

IslamTimes - Papa 16-cı Benedikt, Suriyaya silah göndərilməsinin böyük bir günah olduğunu söyləyib.


FaktXeber-in "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, katoliklərin ruhani lideri Papa 16-cı Benedikt Livana 3 günlük səfərə gəlib. Ölkəyə səfəri zamanı 16-cı Benedikt Beyrut şəhərində çox isti qarşılanıb. Həm hökumət rəsmiləri, həm də yerli əhali Roma Papasını ən yaxşı şəkildə qəbul edib. Qeyd edək ki, Livana təyyarədən enərkən hava limanında jurnalistlərə müsahibə verən Papa 16-cı Benedikt, Suriyaya silah göndərilməsinin böyük bir günah olduğunu söyləyib. "Bu ölkəyə silah göndərilməsi tamamilə dayandırılmalıdır. Çünki Suriyaya silah daxil olmazsa, onda müharibə də davam etməz. Biz böyük günah olan silahın göndərilməsi əvəzinə,  bu ölkəyə sülh və məhəbbət təfəkkürü göndərməliyik"-deyə Roma Papası bildirib.


Story Code: 195511

News Link :
https://www.islamtimes.org/az/news/195511/roma-papasından-qərbə-sarsıdıcı-zərbə

Islam Times
  https://www.islamtimes.org