0
Saturday 15 September 2012 - 09:42

Roma Papasından Qərbə sarsıdıcı zərbə

Story Code : 195511
Roma Papasından Qərbə sarsıdıcı zərbə
FaktXeber-in "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, katoliklərin ruhani lideri Papa 16-cı Benedikt Livana 3 günlük səfərə gəlib. Ölkəyə səfəri zamanı 16-cı Benedikt Beyrut şəhərində çox isti qarşılanıb. Həm hökumət rəsmiləri, həm də yerli əhali Roma Papasını ən yaxşı şəkildə qəbul edib. Qeyd edək ki, Livana təyyarədən enərkən hava limanında jurnalistlərə müsahibə verən Papa 16-cı Benedikt, Suriyaya silah göndərilməsinin böyük bir günah olduğunu söyləyib. "Bu ölkəyə silah göndərilməsi tamamilə dayandırılmalıdır. Çünki Suriyaya silah daxil olmazsa, onda müharibə də davam etməz. Biz böyük günah olan silahın göndərilməsi əvəzinə,  bu ölkəyə sülh və məhəbbət təfəkkürü göndərməliyik"-deyə Roma Papası bildirib.
Comment