QR CodeQR Code

Əfqan millət vəkilləri hökuməti ABŞ ilə əlaqələri kəsməyə çağırıb

İslamtimes , 16 Sep 2012 13:59

Islamtimes - Əfqan millət vəkilləri hökumətə səslənərək ABŞ ilə əlaqələri kəsməyi və 2012-ci ilin may ayında Vaşinqton və Kabul arasında imzalanan strateji əlaqələr haqqında müqavilənin ləğv olunmasını tələb ediblər.


islamtimes.org/az/- Şənbə günü Əfqanıstanın əsas nazirlər postuna namizədləri seçmək üçün bir yerə toplaşmış millət vəkilləri Muhəmməd Peyğəmbəri (s) təhqir edən anti İslam filminə görə öz etirazlarını bildiriblər.

Millət vəkili Abdul Sattar Xavasi deyib: “Mən hökuməti ABŞ ilə münasibətləri dərhal kəsməyi və ABŞ bayrağını yandırmağa çağırıram.”

1 may 2012-ci ildə Kərzai və ABŞ prezidenti Barak Obama ABŞ əsgərlərinin 2014-cü ilə qədər Əfqanıstandan çıxarılması razılaşmasına əlavə olaraq ABŞ-ın daha 10 il Əfqanıstanda qalmasını təsdiq edən Strateji Əməkdaşlıq haqqında müqavilə imzalamışdılar.

11 Sentyabrda anti İslam filminə etiraz olaraq Müsəlman dünyası boyunca ABŞ səfirliklərinə hücum olunaraq və bayraqları yandırılaraq anti ABŞ nümayişlərinə start verilmişdir.

İran, Türkiyə, Sudan, Misir, Yəmən, Tunis, Banqladeş, İndoneziya, Malayziya, Kəşmir, Pakistan, Hindistan, İraq, Qəzza, Mərakeş, Suriya, Kuveyt, Nigeriya, Kenya, Avstraliya, Britaniya, ABŞ, Fransa, Belçika və digər bir çox ölkələrdəki müsəlmanlar nümayişlər keçirərək Həzrəti Muhəmməd peyğəmbəri (s) təhqir edən filmi tənqid ediblər.


Story Code: 195917

News Link :
https://www.islamtimes.org/az/news/195917/əfqan-millət-vəkilləri-hökuməti-abş-ilə-əlaqələri-kəsməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org