0
Sunday 16 September 2012 - 13:59

Əfqan millət vəkilləri hökuməti ABŞ ilə əlaqələri kəsməyə çağırıb

Story Code : 195917
Əfqan millət vəkilləri hökuməti ABŞ ilə əlaqələri kəsməyə çağırıb
Əfqan millət vəkilləri hökuməti ABŞ ilə əlaqələri kəsməyə çağırıb
Islam times.org/az/- Şənbə günü Əfqanıstanın əsas nazirlər postuna namizədləri seçmək üçün bir yerə toplaşmış millət vəkilləri Muhəmməd Peyğəmbəri (s) təhqir edən anti İslam filminə görə öz etirazlarını bildiriblər.

Millət vəkili Abdul Sattar Xavasi deyib: “Mən hökuməti ABŞ ilə münasibətləri dərhal kəsməyi və ABŞ bayrağını yandırmağa çağırıram.”

1 may 2012-ci ildə Kərzai və ABŞ prezidenti Barak Obama ABŞ əsgərlərinin 2014-cü ilə qədər Əfqanıstandan çıxarılması razılaşmasına əlavə olaraq ABŞ-ın daha 10 il Əfqanıstanda qalmasını təsdiq edən Strateji Əməkdaşlıq haqqında müqavilə imzalamışdılar.

11 Sentyabrda anti İslam filminə etiraz olaraq Müsəlman dünyası boyunca ABŞ səfirliklərinə hücum olunaraq və bayraqları yandırılaraq anti ABŞ nümayişlərinə start verilmişdir.

İran, Türkiyə, Sudan, Misir, Yəmən, Tunis, Banqladeş, İndoneziya, Malayziya, Kəşmir, Pakistan, Hindistan, İraq, Qəzza, Mərakeş, Suriya, Kuveyt, Nigeriya, Kenya, Avstraliya, Britaniya, ABŞ, Fransa, Belçika və digər bir çox ölkələrdəki müsəlmanlar nümayişlər keçirərək Həzrəti Muhəmməd peyğəmbəri (s) təhqir edən filmi tənqid ediblər.
Source : İslamtimes
Comment