QR CodeQR Code

Minlərlə müsəlman “Müsəlmanların məsumiyyəti” filminə etiraz etdi

18 Sep 2012 00:19

IslamTimes - Əfqanıstanın paytaxtı Kabildə minlərlə insan “Müsəlmanların məsumiyyəti” filminə etiraz olaraq aksiya keçirib.


ANN.Az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, nümayişçilər Amerika əleyhinə şüarlar səsləndirib.

Polisin verdiyi məlumata görə, etiraz aksiyasında 3000-4000 arası adam iştirak edib.

Xatırladaq ki, Məhəmməd peyğəmbərin təhqir edildiyi “Müsəlmanların məsumiyyəti” filminin “Youtube”-da nümayiş etdirilməsi müsəlman ölkələrində böyük qəzəbə səbəb olub. Dünən Türkiyə, Pakistan və Britaniya paytaxtı Londonda da filmə qarşı etiraz aksiyaları keçirilib.


Story Code: 196316

News Link :
https://www.islamtimes.org/az/news/196316/minlərlə-müsəlman-müsəlmanların-məsumiyyəti-filminə-etiraz-etdi

Islam Times
  https://www.islamtimes.org