0
Tuesday 18 September 2012 - 00:19

Minlərlə müsəlman “Müsəlmanların məsumiyyəti” filminə etiraz etdi

Story Code : 196316
Minlərlə müsəlman “Müsəlmanların məsumiyyəti” filminə etiraz etdi
ANN.Az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, nümayişçilər Amerika əleyhinə şüarlar səsləndirib.

Polisin verdiyi məlumata görə, etiraz aksiyasında 3000-4000 arası adam iştirak edib.

Xatırladaq ki, Məhəmməd peyğəmbərin təhqir edildiyi “Müsəlmanların məsumiyyəti” filminin “Youtube”-da nümayiş etdirilməsi müsəlman ölkələrində böyük qəzəbə səbəb olub. Dünən Türkiyə, Pakistan və Britaniya paytaxtı Londonda da filmə qarşı etiraz aksiyaları keçirilib.
Comment