QR CodeQR Code

“Yaxın günlərdə İranla yenidən müzakirələrə başlayacağıq”

19 Sep 2012 13:29

IslamTimes - Yukiya Amano: “Yaxın günlərdə İranla yenidən müzakirələrə başlayacağıq”.


APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi ilə görüşündən sonra yaydığı açıqlamada bildirib.

Onun sözlərinə görə, agentliyin İranla müzakirələri davam etdirməklə bağlı öhdəliyi var: “Yeni müzakirələrə hazır olduğumuz barədə İranı məlumatlandırmışıq. İnanıram ki, müzakirələr müsbət nəticələnəcək”.

Qeyd edək ki, görüşün oktyabrın ortalarında keçiriləcəyi ehtimal olunur.


Story Code: 196787

News Link :
https://www.islamtimes.org/az/news/196787/yaxın-günlərdə-iranla-yenidən-müzakirələrə-başlayacağıq

Islam Times
  https://www.islamtimes.org