QR CodeQR Code

Əhmədinejad bir neçə ABŞ universitetinde çıxış edəcək

24 Sep 2012 07:09

IslamTimes - İran prezidenti bir həftəlik səfər zamanı BMT Baş Assambleyasında, ABŞ-ın bir neçə universitetində çıxış edəcək, ABŞ-ın kütləvi informasiya vasitələrinə müsahibələr verəcək, BMT baş katibi Pan Gi Mun və bir sıra ölkələrin rəsmiləri ilə görüşəcək.


APA-nın İRNA-ya istinadən verdiyi məlumatına görə, M. Əhmədinejad BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərindədir.

Qeyd edək ki, İran prezidenti bir həftəlik səfər zamanı BMT Baş Assambleyasında, ABŞ-ın bir neçə universitetində çıxış edəcək, ABŞ-ın kütləvi informasiya vasitələrinə müsahibələr verəcək, BMT baş katibi Pan Gi Mun və bir sıra ölkələrin rəsmiləri ilə görüşəcək.

Görüşlərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Eyni zamanda M. Əhmədinejad ABŞ-da təhsil alan və Nyu-Yorkda yaşayan iranlılarla, elm adamları və sənətçilərlə görüşəcək. İran prezidenti indiyədək 7 dəfə BMT Baş Assambleyasının yığıncağında iştirak edib. Bu, onun ABŞ-a sayca səkkizinci səfəridir.


Story Code: 198062

News Link :
https://www.islamtimes.org/az/news/198062/əhmədinejad-bir-neçə-abş-universitetinde-çıxış-edəcək

Islam Times
  https://www.islamtimes.org