0
Monday 24 September 2012 - 07:09

Əhmədinejad bir neçə ABŞ universitetinde çıxış edəcək

Story Code : 198062
Əhmədinejad bir neçə ABŞ universitetinde çıxış edəcək
APA-nın İRNA-ya istinadən verdiyi məlumatına görə, M. Əhmədinejad BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərindədir.

Qeyd edək ki, İran prezidenti bir həftəlik səfər zamanı BMT Baş Assambleyasında, ABŞ-ın bir neçə universitetində çıxış edəcək, ABŞ-ın kütləvi informasiya vasitələrinə müsahibələr verəcək, BMT baş katibi Pan Gi Mun və bir sıra ölkələrin rəsmiləri ilə görüşəcək.

Görüşlərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Eyni zamanda M. Əhmədinejad ABŞ-da təhsil alan və Nyu-Yorkda yaşayan iranlılarla, elm adamları və sənətçilərlə görüşəcək. İran prezidenti indiyədək 7 dəfə BMT Baş Assambleyasının yığıncağında iştirak edib. Bu, onun ABŞ-a sayca səkkizinci səfəridir.
Comment