QR CodeQR Code

“Cəzasız qalmaz əlbət o filmlər, karikaturlar…”

24 Sep 2012 14:54

IslamTimes - Qalatasaraylılar stadionda, "Cəzasız qalmaz əlbət o filmlər, karikaturlar..." yazılmış şüar açıblar


“Spor Toto” super liqası çərçivəsində Türkiyənin 4 böyüklərindən olan “Qalatasaray” (Cimbom) futbol komandası “Akhisar Bələdiyəspor”la qarşılaşıb. İstanbul “TT Arena” stadionunda keçirilən qarşılaşmada “Qalatasaray” azarkeşləri “Müsəlmanların məsumiyyəti” filmi və Fransada çəkilmiş karikatura qalmaqalları qarşısında İslam peyğəmbərinə dəstək nümayiş etdiriblər. “Cimbom” azarkeşləri tribunada, “Ey Uca peyğəmbər! Sənin hörmətinə yaradıldı bütün aləmlər. Cəzasız qalmaz əlbət o filmlər, karikaturlar…” yazılmış şüar açıblar.

Qeyd edək ki, qarşılaşma “Qalatasaray” komandasının 3-0 hesablı qələbəsi ilə başa çatıb. /Faktxeber/


Story Code: 198227

News Link :
https://www.islamtimes.org/az/news/198227/cəzasız-qalmaz-əlbət-o-filmlər-karikaturlar

Islam Times
  https://www.islamtimes.org