QR CodeQR Code

İraqda qətliam: 365 nəfər öldürülüb

3 Oct 2012 07:09

IslamTimes - İraqda sentyabr ayı ərzində terror qurbanı olanların sayı iki dəfə artaraq 365-ə çatıb.


ANN.Az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu son iki ildə qeydə alınan ən yüksək göstəricidir.

Terror qurbanlarının çoxu bomba hücumları zamanı həlak olub. Keçən ayın ən qanlı günü sentyabrın 9-u olub. Həmin gün ərzində törədilən partlayışlar nəticəsində 100-dən çox adam ölüb. Hücumlar əsasən şiələri hədəf alıb və “Əl Qaidə”nin İraqdakı qolu tərəfindən həyata keçirilib.

Sentyabrda terror qurbanı olanların 182-i mülki şəxs, 95-i əsgər, 88-i isə polis əməkdaşı olub. Hücumlar zamanı həmçinin 683 nəfər yaralanıb.


Story Code: 200481

News Link :
https://www.islamtimes.org/az/news/200481/iraqda-qətliam-365-nəfər-öldürülüb

Islam Times
  https://www.islamtimes.org