QR CodeQR Code

"Amnesty International"dan Əliyevlərə növbəti zərbə

6 Oct 2012 14:20

IslamTimes - Tanınmış təşkilat Rihanna və Şakiranı Bakıda oxumamağa çağırdı


"Amnesty International" təşkilatı müğənnilər Rihanna və Şakiranı Azərbaycanda çıxış etməməyə çağıran bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycanda insan hüquqları pozulur. Sənəddə jurnalist Elmar Hüseynovun qətli xatırladılır, blogger və siyasi fəalların həbs olunduğu bildirilir.
 
Rəsmi Bakı dəfələrlə təşkilata Azərbaycandakı vəziyyəti dünyaya yaydığına görə etirazını çatdırıb. Dövlət Amnesty International-ın əlində olan və Azərbaycanda insan haqqlarının necə də kobudcasına pozulduğunu təsdiqləyən sənədlərdən olduqca nigarandır. Xatırladaq ki, Rihanna bu gün, Şakira isə oktyabrın 14-də Bakıdakı "Crystal Hall"da çıxış etməlidir. Dövlət bu sayaq proqramlarla xalqa "aclıq olsun kef olsun" atalar sözünü praktiki olaraq yaşatmaqla məşğuldur.


Story Code: 201341

News Link :
https://www.islamtimes.org/az/news/201341/amnesty-international-dan-əliyevlərə-növbəti-zərbə

Islam Times
  https://www.islamtimes.org