QR CodeQR Code

Panetta Suriyaya hücumla bağlı xəbərdarlıq etdi

7 Oct 2012 09:07

IslamTimes - ABŞ müdafiə naziri Leon Panetta Türkiyə-Suriya arasındakı qarşıdurmanın alovunun məntəqəyə yayılacağı ilə bağlı xəbərdarlıq edib.


"IslamTimes" "Asoşeyted Press" xəbər agentliyinə istinadən bildirir ki, ABŞ müdafiə naziri Leon Panetta Türkiyə-Suriya arasındakı qarşıdurma və bu qarşıdurmanın alovunun məntəqəyə yayılacağı ilə bağlı xəbərdarlıq edib.

Panetta iddia edib ki, ABŞ mövcud problemlərin diplomatik yolla həll edilməsi üçün əlindən gələni əsirgəmir və ümidvardır ki, iki ölkə arasındakı qarşıdurma şiddətlənməyəcək.

Nəzərinizə çatdıraq ki, Türkiyə parlamenti Suriya ərazisində əməliyyatlar aparılmasına razılıq verib. Amma xalq bu qərara etiraz edərək, ABŞ-ın Türkiyəni önə verməklə, öz hədəflərinə çatmaq niyyətində olduğunu söyləyir.

Türkiyə xalqının ABŞ-ın çirkin hiyləsini anlaması ABŞ müdafiə naziri Leon Panettanın uyğun fikirləri səsləndirməsinə səbəb olduğu ehtimal edilir.


Story Code: 201518

News Link :
https://www.islamtimes.org/az/news/201518/panetta-suriyaya-hücumla-bağlı-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org