0
Sunday 7 October 2012 - 09:07

Panetta Suriyaya hücumla bağlı xəbərdarlıq etdi

Story Code : 201518
Panetta Suriyaya hücumla bağlı xəbərdarlıq etdi
"IslamTimes" "Asoşeyted Press" xəbər agentliyinə istinadən bildirir ki, ABŞ müdafiə naziri Leon Panetta Türkiyə-Suriya arasındakı qarşıdurma və bu qarşıdurmanın alovunun məntəqəyə yayılacağı ilə bağlı xəbərdarlıq edib.

Panetta iddia edib ki, ABŞ mövcud problemlərin diplomatik yolla həll edilməsi üçün əlindən gələni əsirgəmir və ümidvardır ki, iki ölkə arasındakı qarşıdurma şiddətlənməyəcək.

Nəzərinizə çatdıraq ki, Türkiyə parlamenti Suriya ərazisində əməliyyatlar aparılmasına razılıq verib. Amma xalq bu qərara etiraz edərək, ABŞ-ın Türkiyəni önə verməklə, öz hədəflərinə çatmaq niyyətində olduğunu söyləyir.

Türkiyə xalqının ABŞ-ın çirkin hiyləsini anlaması ABŞ müdafiə naziri Leon Panettanın uyğun fikirləri səsləndirməsinə səbəb olduğu ehtimal edilir.
Comment