QR CodeQR Code

Suriyada 60 terrorist məhv edildi

8 Oct 2012 17:26

IslamTimes - Suriya ordusu bu gün həyata keçirdiyi əməliyyatlar zamanı onlarla muzduru zərərsizləşdirməyə müvəffəq olub.


"IslamTimes" "KingNews"-a istinadən xəbər verir ki, Suriya ordusu Hələbin terroristlər yerləşən məntəqələrində təmizləmə əməliyyatlarına başlayıb. Səhər saatlarından start götürən əməliyyatlar zamanı 60 muzdur məhv edilib və hərbi təchizatlarla dolu 5 avtomobil ələ keçirilib.

Suriya silahlı qüvvələri Hələbdə həyata keçirdiyi digər dörd əməliyyat zamanı 16 silahla dolu avtomobili sıradan çıxararaq onlarla terroristi qətlə yetirib. Hələbdə bu gün daha bir neçə əməliyyat da keçirilib.

Suriya ordusunun Homs şəhərində keçirdiyi əməliyyat daha ağır olub. Bu şəhərdə terroristlərlə atışma zamanı liderlərdən olan Əbdül Kərim Şami və "Əl-hac" ləqəbli Həras əl-Şami kimi təhlükə muzdurlar qətlə yetirilib.


Story Code: 201935

News Link :
https://www.islamtimes.org/az/news/201935/suriyada-60-terrorist-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org