QR CodeQR Code

Suriyadakı terroristlərə silahı Səudiyyə Ərəbistanı verir

XezerXeber , 10 Oct 2012 06:49

IslamTimes - Səudiyyə Ərəbistanının Suriyadakı gərginliyi daha da şiddətləndirməsi təsdiqləndi.


Bu barədə BBC məlumat yayıb

Ukraynanın Səudiyyə Ərəbistanı üçün istehsal etdiyi silahlar Suriya müxaliflərinin əlindədir.

Bu silahların olduğu qutunun Hələbə necə gəlib çıxdığı isə məlum deyil. Səudiyyə Ərəbistanı bu barədə şərh vermək istəməyib.

Məlumatda bildirilir ki, müxaliflərin Hələbdə sığınacaq kimi istifadə etdikləri məsciddən tapılan yeşiklərdəki raket əleyhinə ixtisaslaşmış silahlar Ukraynanın "Dastan" şirkətindən alınıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Suriyada baş verən hadisələrə loyal münasibət göstərdiyini nümayiş etdirməyə çalışsa da, müxaliflər Səudiyyə və Qətərdən kömək aldıqlarını gizlətmirlər.


Story Code: 202378

News Link :
https://www.islamtimes.org/az/news/202378/suriyadakı-terroristlərə-silahı-səudiyyə-ərəbistanı-verir

Islam Times
  https://www.islamtimes.org