QR CodeQR Code

“The Guardian”: “Altılıq” ölkələri İrana yeni təkliflər paketi təqdim edib

12 Oct 2012 19:09

IslamTimes - “Altılıq” ölkələri İranla keçirəcəyi növbəti nüvə müzakirələri üçün bu ölkəyə yeni təkliflər paketi təqdim edib.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Böyük Britaniyada nəşr olunan “The Guardian” qəzeti yazıb. Xəbərdə bildirilir ki, “altılıq” ölkələri noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkisindən sonra İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin aradan qaldırılması üçün yeni diplomatik addım atacaq: “Artıq İrana yeni təkliflər paketi təqdim olunub. Yeni paketdə İrana tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsi məsələsi də yer alıb”. Qəzet yazır ki, “altılıq” ölkələri İranla keçiriləcək növbəti nüvə müzakirələrində tərəflər arasında yaranmış etimadsızlığı aradan qaldıracaq addım atmağa çalışacaq.


Story Code: 203023

News Link :
https://www.islamtimes.org/az/news/203023/the-guardian-altılıq-ölkələri-irana-yeni-təkliflər-paketi-təqdim-edib

Islam Times
  https://www.islamtimes.org