0
Friday 12 October 2012 - 19:09

“The Guardian”: “Altılıq” ölkələri İrana yeni təkliflər paketi təqdim edib

Story Code : 203023
“The Guardian”: “Altılıq” ölkələri İrana yeni təkliflər paketi təqdim edib
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Böyük Britaniyada nəşr olunan “The Guardian” qəzeti yazıb. Xəbərdə bildirilir ki, “altılıq” ölkələri noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkisindən sonra İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin aradan qaldırılması üçün yeni diplomatik addım atacaq: “Artıq İrana yeni təkliflər paketi təqdim olunub. Yeni paketdə İrana tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsi məsələsi də yer alıb”. Qəzet yazır ki, “altılıq” ölkələri İranla keçiriləcək növbəti nüvə müzakirələrində tərəflər arasında yaranmış etimadsızlığı aradan qaldıracaq addım atmağa çalışacaq.
Comment