QR CodeQR Code

Aksiya və ya nümayiş keçirmək sələfilərin yolu deyil

İslamazeri , 13 Oct 2012 16:36

İslamtimes - İslamazeri.az-ın verdiyi xəbərə görə, bir müddət əvvəl Maştağalı mollaların açıqlamasına, radikal sələfilər tərəfindən qumbara atılan və bu səbəbə görə də, hələ də qapıları bağlı qalan "Əbu Bəkr" məscidinin axundu açıqlama verdi.


“Əbu Bəkr” məscidinin axundu, sələfilik təriqətinin Azərbaycandakı liderlərindən biri Hacı Qamət Süleymanov “Gündəlik Teleqraf”a açıqlamasında bildirib ki, sələfilərin heç bir nümayəndəsi aksiyada iştirak etməyib: “Səhv etmirəmsə, aksiya iştirakçılarının kimliyi açıqlandı. Biz ümumiyyətlə, aksiya və nümayişlərin əleyhinəyik. Aksiyanın kökündən əleyhinəyiksə, bizim adamlar aksiyada necə ola bilər? Nə oldu sələfilərin üstünə atırlar”. Qamət Süleymanov qeyd edib ki, hicab dinə və adət-ənənəyə uyğundur, lakin hicabın orta məktəbdə qadağasına qarşı aksiya və ya nümayiş keçirmək sələfilərin yolu deyil".

Qeyd edək ki, bəzi mollalar Maştağalı həbs edilənləri sələfi adlandırmışdılar. Lakin sonradan "İslam Həqiqətləri" qəzetinin jurnalisti Əbülfəz Bünyadov molların bu fikrini təkzib edərək bu dörd nəfərlə ailəvi dost olduğunu və onların sələfi olmadığını önə çəkmişdi.


Story Code: 203218

News Link :
https://www.islamtimes.org/az/news/203218/aksiya-və-ya-nümayiş-keçirmək-sələfilərin-yolu-deyil

Islam Times
  https://www.islamtimes.org