QR CodeQR Code

İsrailin təhlükəsizlik sistemi qüsurludur

İslamtimes , 13 Oct 2012 22:44

İslamtimes - Siyasi şərhçi bildirib ki, Hizbullah pilotsuz təyyarəsinin işğal edilmiş Fələstin torpaqları üzərində uğurlu uçuşu göstərdi ki, İsrail rejimi öz təhlüksizlik sisteminə yenidən nəzər salmalıdır.


islamtimes.org/az/ - Şənbə günü siyasi ekspert olan Hüseyn Şeyxulislam deyib: “Sionist rejim aşkar etdi ki, onun müqavimət hərəkatına qarşı qoruyucu qalxanı yoxdur və o siyasi, təhlükəsizlik və hərbi istiqamətini yeniləməlidir.”

O əlavə edərək deyib ki, İsrail rejimi havadan müdafiə sisteminə milyard dollarla pul xərcləyib və iddia edirdi ki, bu sistem keçilməzdir, ancaq Hizbullah real bir test vasitəsilə sübut etdi ki, bu böyük bir yalandır.

Cümə axşamı günü Hizbullah Baş Katibi Seyyid Həsən Nəsrullah təsdiq edərək bildirmişdir ki, Livan müqavimət hərəkatı İsrail hava məkanına pilotsuz təyyarə göndərmişdir.

Kod adı Hüseyn Əyyub olan əməliyyat nəticəsində Hizbullahın pilotsuz təyyarəsi yüz kilometrlik bir məsafədə İsrail hava məkanına girmiş, hətta İsrail və ABŞ radarları tərəfindən aşkarlanmadan Dimona nüvə sahəsinin çox yaxınlığına getmişdir.

Şeyxulislam deyib ki, pilotsuz təyyarənin İsrail hava məkanına girməsi Tel Əvivin yalan üzərində qurulmuş güc və qüdrətini darmadağın etdi.


Story Code: 203300

News Link :
https://www.islamtimes.org/az/news/203300/israilin-təhlükəsizlik-sistemi-qüsurludur

Islam Times
  https://www.islamtimes.org