QR CodeQR Code

Səudiyyə rejimi xalqı susdura bilmir

14 Oct 2012 09:44

IslamTimes - Səudiyyə rejimi etirazçılara nümayiş keçiriləcəyi təqdirdə onların həbs ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.


"IslamTimes" ərəbdilli KİV-nə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Riyaz da daxil olmaqla bir neçə şəhərində rejim əleyhinə növbəti etiraz aksiyaları start götürüb. Dövlət rəsmiləri etirazçılara xəbərdarlıq edərək bildirmişdi ki, əgər nümayiş keçirilsə, aksiya iştirakçıları susdurularaq, həbs ediləcək. Amma görünür bu təhdidlər belə xalqın geri çəkilməsinə səbəb olmayıb.

Aksiya iştirakçıları Səudiyyə rejimi zindanlarında işgəncəyə məruz qalanlarla həmrəyliklərini nümayiş etdiriblər. Onlar ölkədə baş alıb gedən hüquq pozuntularını kəskin şəkildə pisləyiblər.

Xatırladaq ki, bir ildən də çoxdur ki, Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir. Xalq demokratik seçkilərlə ölkə rəhbərliyinin təyin olunmasını və insan haqqlarının pozulmasına son qoyulmasını tələb edirlər.


Story Code: 203396

News Link :
https://www.islamtimes.org/az/news/203396/səudiyyə-rejimi-xalqı-susdura-bilmir

Islam Times
  https://www.islamtimes.org