QR CodeQR Code

Suriya hərbi hava müdafiə sistemini Livan sərhədinə yerləşdirdi!

14 Oct 2012 17:03

IslamTimes - Suriya Türkiyə tərəfindən sui-istifadə edilməsinin qarşısını almaq niyyəti ilə Livan sərhədinə öz havadan müdafiə sistemini yerləşdirir


Əd-Diyar qəzeti: Suriya Livan hava sahəsinin Türkiyə tərəfindən sui-istifadə edilməsinin qarşısını almaq niyyəti ilə Livan sərhədinə öz hərbi hava müdafiə sistemini yerləşdirir.

Livanda çap olunan "Əd-Diyar" qəzeti, Suriyanın Türklər tərəfindən Livan hava sahəsindən sui-istifadə etmələri ehtimalına qarşı qabaqlayıcı tədbir olaraq Livan sərhədləri yaxınlığında öz «Sam» mərmi sistemini yerləşdirdiyini qeyd edib.

Əd-Diyar-ın yazdığına görə, Suriya hökumətinin Livanla ortaq sərhədlərinə yaxın Akkar bölgəsində yerləşdirdiyi «Sam-11» və «Sam-13» raketləri, Türkiyənin "F-16" döyüş təyyarələrini sala biləcək gücə qadirdir.

Suriya daha öncə də özünü Türkiyədən qorumaq üçün, bu ölkə ilə ortaq sərhəd bölgəsində hərbi hava müdafiə sistemlərini yerləşdirmişdi. /ABNA/


Story Code: 203550

News Link :
https://www.islamtimes.org/az/news/203550/suriya-hərbi-hava-müdafiə-sistemini-livan-sərhədinə-yerləşdirdi

Islam Times
  https://www.islamtimes.org