QR CodeQR Code

Yunanıstanda bir günlük ümummilli tətil keçiriləcək

18 Oct 2012 10:05

IslamTimes - Bu gün Yunanıstanda sərt qənaət tədbirlərinə qarşı ümummilli 24 saatlıq tətil keçiriləcək.


APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Yunanıstanın həmkarlar ittifaqları bildiriblər ki, ölkədə dövlət müəssisələri, banklar, mağazalar, universitetlər, məktəblər, məhkəmələr bağlı olacaq. Aviasiya dispetçerləri yerli vaxtla saat 10-dan 13-ə qədər tətil keçirəcəklər, ölkədə bərə və dəmir yolu ilə hərəkət tamamilə dayandırılacaq.
Son bir ayda Yunanıstanda sayca bu ikinci ümummilli tətildir.

Yunanıstan hökuməti Avropa İttifaqı və BVF-dən 31,5 milyard avro həcmində yeni krediti almaq üçün yeni qənaət və büdcənin məhdudlaşdırılması tədbirləri planlaşdırır.


Story Code: 204461

News Link :
https://www.islamtimes.org/az/news/204461/yunanıstanda-bir-günlük-ümummilli-tətil-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org