QR CodeQR Code

Livandakı partlayışın arxasında İsrail durur

İslamtimes , 20 Oct 2012 21:42

Islamtimes - Bəzi siyasi şərhçilər kəşfiyyat idarəsinin rəsmisi də daxil olmaqla səkkiz nəfərin ölümü ilə nəticələnən Livan paytaxtı Beyrutda baş verən bomba partlayışına görə İsraili günahkar hesab ediblər.


islamtimes.org/az/ - Amerikanın Berkley ştatından olan siyasi şərhçi Ralf Skoenman deyib: “1992-ci ildən indiyə qədər baş verən bütün partlayışlardan məqsəd Livanı parçalamaq və xaos yaratmaq, Dəməşq hökumətinə olan dəstəyi qırmaq və Livanda vətəndaş müharibəsi yaratmaqdır və bunu da təbii ki, Sionist rejim olan İsrail, Mossad həyata keçirir. Bu Mossadın klassik əməliyyatlarındandır.”

Beyrutun xristianlar yaşayan ərazisində baş verən partlayışdan hədəf Livanın Daxili Təhlükəsizlik Qüvvələrinin rəisi Briqada Generalı Vissam əl Həsənin olduğu bildirilir.

Vissam əl Həsən bu yaxınlarda Livanda fəaliyyət göstərən İsrail kəşfiyyat qruplarını aşkar edərək zərərsizləşdirmişdir.

Livan siyasi partiyaları bu hücumu ölkəni qarışdırmaq üçün edildiyini bildiriblər.

Bu arada Suriya əleyhinə olan 14 Mart aliyansı deyib ki, Livan Baş Naziri bu partlayışa görə məsuliyyət daşıyır və tezliklə vəzifəsindən istefa verməlidir.

Baş Nazir Miqati deyib ki, hökumət terror aktının təşkilatçılarının müəyyənləşməsi istiqamətində ciddi işlər görməkdədir.


Story Code: 205145

News Link :
https://www.islamtimes.org/az/news/205145/livandakı-partlayışın-arxasında-israil-durur

Islam Times
  https://www.islamtimes.org