QR CodeQR Code

Hillari Klinton istefa verəcək

27 Oct 2012 16:40

IslamTimes - ABŞ-ın dövlət katibi Hillari Klinton noyabrın 6-da keçiriləcək prezident seçkilərindən sonra istefaya gedəcəyini bəyan edib


Bu barədə o, “The Washington Post” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, prezidentin inauqurasiya mərasimindən sonra istefaya getmək niyyətindədir: “Hələlik prezident Barak Obama ilə bu barədə söhbət etmək imkanım olmayıb. Hələlik onun başı seçki kampaniyasına qarışıb. Ümid edirəm ki, yaxın vaxtlarda söhbət etmək imkanımız olacaq”.

Qeyd edək ki, Hillari Klinton 2008-ci ildə Demokrat Partiyasından vahid namizəd olmaq uğrunda mübarizədə Barak Obamaya uduzub. Seçkilərdən dərhal sonra Obama Klintonu dövlət katibi təyin edib. /APA/


Story Code: 207039

News Link :
https://www.islamtimes.org/az/news/207039/hillari-klinton-istefa-verəcək

Islam Times
  https://www.islamtimes.org