0
Saturday 27 October 2012 - 16:40

Hillari Klinton istefa verəcək

Story Code : 207039
Hillari Klinton istefa verəcək
Bu barədə o, “The Washington Post” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, prezidentin inauqurasiya mərasimindən sonra istefaya getmək niyyətindədir: “Hələlik prezident Barak Obama ilə bu barədə söhbət etmək imkanım olmayıb. Hələlik onun başı seçki kampaniyasına qarışıb. Ümid edirəm ki, yaxın vaxtlarda söhbət etmək imkanımız olacaq”.

Qeyd edək ki, Hillari Klinton 2008-ci ildə Demokrat Partiyasından vahid namizəd olmaq uğrunda mübarizədə Barak Obamaya uduzub. Seçkilərdən dərhal sonra Obama Klintonu dövlət katibi təyin edib. /APA/
Comment