QR CodeQR Code

Suriyanın Hələb şəhərinin sakinləri üsyançılara qarşı etiraz nümayişləri keçiriblər

İslamtimes , 28 Oct 2012 14:54

İslamtimes - Hələb şəhərinin şimal qərbində yaşayan Suriya əhalisi xaricdən dəstək alan silahlı üsyançılara qarşı etiraz nümayişləri keçirmiş və hökumət qüvvələrinin silahlı üsyançılara qarşı apardığı əməliyyatları dəstəklədiklərini bildirmişdilər.


SANA xəbər agentliyinin bildirdiyinə görə şənbə günü insanlar Dəməşqdən 355 km şimalda yerləşən Hələb şəhərinin qonşuluğundakı əl Mercah məntəqəsində nümayişlər keçirərək üsyançılardan bu əraziləri tərk etməyi tələb ediblər.

Üsyançılar isə nümayişi dağıtmaq üçün etirazçılara qarşı əl qumbaraları atıblar.
Nümayişlər zamanı ölüm və yaralanma hallarının baş verməsi haqqında hələ ki, heç bir məlumat yoxdur.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir.

Dəməşq ölkədə baş verən münaqişəyə görə xaricdən dəstək alan və idarə edilən silahlı üsyançıları günahkar hesab edir.

Suriya hökuməti bildirir ki, münaqişə xaricdən qızışdırılır və Səudiyyə Ərəbistan, Qətər və Türkiyə üsyançıları silah sursat ilə təmin edirlər.


Story Code: 207206

News Link :
https://www.islamtimes.org/az/news/207206/suriyanın-hələb-şəhərinin-sakinləri-üsyançılara-qarşı-etiraz-nümayişləri-keçiriblər

Islam Times
  https://www.islamtimes.org