QR CodeQR Code

Rusiyadan ABŞ-a xəbərdarlıq

30 Oct 2012 11:41

IslamTimes - Aleksi Puşkof: "Suriyadakı böhranın gərginləşməsində ABŞ məsuliyyət daşıyır."


"IslamTimes" Suriyanın "Sana" xəbər agentliyinə istinadən xəbər verir ki, Aleksi Puşkof deyib: "Dünya ölkələri başa düşməlidirlər ki, Suriyada terroristlərin silahlandırılması ilə bu ölkədəki böhranı həll etmək olmaz."

O əlavə edib ki, Suriyadakı böhranın gərginləşməsində ABŞ məsuliyyət daşıyır.

Rusiya Dumasının Beynəlxalq İşlər üzrə komitəsinin sədri əlavə edib: "Bilməliyik ki, Suriyada Əsəd əleyhinə vuruşanlara pul və silahla yardım göstərilməsi bu ölkədə böhranın həllini qeyri-mümkün edir. Vaşinqtonun Suriya ilə bağlı mövqeyi
digər oyunçulardan fərqlənir. Onların hərəkətləri göstərir ki, Vaşinqton və Əl-Qaidə Əsəd dövlətinə qarşı eyni cəbhədə yer alıblar."


Story Code: 207644

News Link :
https://www.islamtimes.org/az/news/207644/rusiyadan-abş-a-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org