QR CodeQR Code

Türkiyə Suriya məsələsində geriyə addım atır

İslamtimes , 2 Nov 2012 00:37

İslamtimes - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya üzərində qeyri uçuş zonası yaratmaq fikrini öz üzərindən ataraq deyib ki, bu məsələ haqda qərar vermək BMT Təhlükəsizlik Şurasına aiddir.


islamtimes.org/az/ - Ərdoğan bu açıqlamanı çərşənbə günü Berlində Almaniya kansleri Angela Merkel ilə görüşündən sonra edib.

Suriya üzərində qeyri uçuş zonası yaratmaq vaxtının gəlib çatması haqqında soruşulan suala cavabında Ərdoğan deyib ki, bu məsələ BMT Təhlükəszilik Şurasına aid olan bir qərardır.

O əlavə edərək deyib: “Əgər BMT bu haqda qərar verməyibsə, bu zaman Suriyanın üzərində belə bir zonanın yaradılmasını bəyan etməyə bizim hüquq və haqqımız yoxdur.”

Suriyanı ələ keçirmək üçün beynəlxalq koalisiyanın əsas alətlərindən olan Türkiyənin baş naziri Ərdoğan deyib ki, İraq üzərində qeyri uçuş zonasının tətbiq edilmə təcrübəsi bizə çox baha başa gəldi.

Türkiyə baş nazirinin sonuncu açıqlaması göstərir ki, Türkiyənin Suriyaya qarşı mövqeyində əvvəlki müharibə xarakterli təhdidlərinə baxmayaraq yumuşalma var.

Bu ayın əvvəllərində Ərgoğan élan edərək bildirmişdir ki, lazım olan şəraitdə Suriya ilə müharibə etməyə hazırdılar.


Story Code: 208387

News Link :
https://www.islamtimes.org/az/news/208387/türkiyə-suriya-məsələsində-geriyə-addım-atır

Islam Times
  https://www.islamtimes.org