QR CodeQR Code

Türkiyəyə məxsus biskvit daşıyan gəmidən silah-sursat çıxdı

4 Nov 2012 17:36

IslamTimes - İlkin ehtimallara görə silahlar qaçaq yolla Suriyadakı terrorçulara verilmək üçün Türkiyəyə aparılırmış.


İslamAzeri-nin SABA-ya istinadən verdiyi xəbərə görə, bu gün Yəmənin Ədən körfəzi sahilində yerləşən Ədən azad iqtisadi zonasında gömrük məmurları Türkiyə bayrağı ilə hərəkət edən bir ticarət gəmisindən külli miqdarda qanunsuz silah-sursat aşkar ediblər.

Yoxlama üçün endirilən konteynerlərin içində rəsmi sənədlərdə 400 ton biskvit olduğu göstərilib.

Lakin "X ray" cihazı vasitəsilə yoxlanıldıqdan sonra məlum olub ki, konteynerlərdə biskvit qutularının içində 3 min ədəd müxtəlif adda silah-sursat mövcuddur.

Gömrük müfəttişliyindən hadisə ilə bağlı verilən açıqlamada, cinayət ətrafında geniş əməliyyatların başladıldığı, ilkin ehtimala görə hərbi sursatın Qətərdən və ya Dubaydan Yəməndəki "Əl Qaidə" terror qruplaşmasına göndərildiyi, buradan da qaçaq yolla Suriyadakı terrorçulara verilmək üçün Türkiyəyə aparıldığı bildirilib.

Qeyd edək ki, Adıçəkilən ölkələrin hər birində "Əl Qaidə" terror qruplaşmasının büroları mövcuddur.


Story Code: 209059

News Link :
https://www.islamtimes.org/az/news/209059/türkiyəyə-məxsus-biskvit-daşıyan-gəmidən-silah-sursat-çıxdı

Islam Times
  https://www.islamtimes.org