QR CodeQR Code

Hələbə növbəti uğursuz hücum cəhdi

6 Nov 2012 11:30

IslamTimes - Suriya ordusu həyata keçirdiyi əməliyyat nəticəsində çox sayda terroristi məhv etməyə müvəffəq olub.


"IslamTimes" "Əl-Aləm" telekanalına istinadən xəbər verir ki, Suriyadakı silahlı terroristlər ötən gün "Əl-Lirmun" Keçid məntəqəsinə hücum təşkil etməklə Hələb şəhərinə daxil olmağa cəhd ediblər. Amma Suriya ordusu həyata keçirdiyi əməliyyat nəticəsində çox sayda terroristi məhv etməyə müvəffəq olub.

Əl-Aləm kanalının reportyorları həmçinin bildirib ki, Suriya ordusunun Homs - Əl-Qəsir keçid yolunda bomba partlaması nəticəsində 3 nəfər yaralanıb.

Nəzərinizə çatdıraq ki, son günlər ağır itkilər verən terroristlər özünü itirmiş şəkildə hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində onlarla dinc sakin qətliam edilib.


Story Code: 209584

News Link :
https://www.islamtimes.org/az/news/209584/hələbə-növbəti-uğursuz-hücum-cəhdi

Islam Times
  https://www.islamtimes.org