QR CodeQR Code

ABŞ Suriya müxalifəti üçün yeni komandanlıq formalaşdırır

İslamtimes , 6 Nov 2012 17:29

Islamtimes - Suriya Milli Şurası kimi tanınan Suriyanın əsas müxalifət bloku ABŞ-ın təziqi nəticəsində öz strukturasını daha da genişləndirərək 13 yeni qrupu öz sıralarına qatıblar.


islamtimes.org/az/ - Bazar ertəsi günü Qətərin paytaxtı Dohada görüşən Suriyanın xaricdən dəstək alan müxalifət qrupları beş günlük iclasın ikinci günündə ABŞ-ın Qərbdən daha çox yardım və dəstək almaq üçün yeni Suriyalı müxaliflərin müxalifət qruplarına daxil edilməsini tələb etdikdən sonra öz sıralarını genişləndirmək haqqında qərara gəliblər.

İclasdan məqsəd Suriya Prezidenti Bəşər Əsədə qarşı daha da vahid halında olan cəbhə yaratmaqdır.

Suriya Milli Şurasının sözçüsü Əhməd Kamilin bildirdiyinə əsasən ümumi katibliyin cari üzvlərinin sayı azaldılacaq və 13 yeni müxalifət qrupunu təmsil edən 200 yeni üzv qəbul ediləcək.

Keçən həftə ABŞ dövlət katibi Hillari Klinton Suriya Milli Şurasını qeyri-tipik müxaliftə qrupu adlandırmış və bu qrupun daha müxalifət blokunun rəhbəri olmağa layiq olmadığını bildirmişdir.

Ancaq Suriya Milli Şurası cümə günü bu ittihama cavab verərək Vaşinqtonu inqlabı kiçimsəməkdə və təfriqə toxumunu səpməkdə günahlandırıb.


Story Code: 209698

News Link :
https://www.islamtimes.org/az/news/209698/abş-suriya-müxalifəti-üçün-yeni-komandanlıq-formalaşdırır

Islam Times
  https://www.islamtimes.org