QR CodeQR Code

İran Xarici İşlər Nazirliyi bəyanat yaydı

8 Nov 2012 12:39

IslamTimes - “Böyük Britaniyanın baş naziri bölgə ölkələrinə silah ixrac etmək, regionun təbii sərvətlərini ələ keçirmək və digər rəqiblərindən geri qalmamaq üçün İranın sülh məqsədli nüvə fəaliyyətləri ilə bağlı əsassız iddialarla çıxış edir”.


İRİB-in məlumatına görə, sənəddə Böyük Britaniyanın baş naziri Devid Kemeronun İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü iddialar təkzib olunub və bunun Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatları ilə təzad təşkil etdiyi bildirilib. Bəyanatda qeyd olunub ki, D.Kemeronun İranın sülh məqsədli nüvə fəaliyyətləri ilə bağlı iddiaları boş və əsassızdır, həmçinin məntiqdən və həqiqətdən uzaqdır: “Böyük Britaniyanın baş naziri bölgə ölkələrinə silah ixrac etmək, regionun təbii sərvətlərini ələ keçirmək və digər rəqiblərindən geri qalmamaq üçün İranın sülh məqsədli nüvə fəaliyyətləri ilə bağlı əsassız iddialarla çıxış edir”.

Eyni zamanda bəyanatda Nüvə silahlarının qarşısının alınması Müqaviləsinin (NPT) üzvü olan hər bir ölkənin dinc məqsədlə nüvə enerjisindən faydalanmaq haqqının olduğu vurğulanıb.

APA


Story Code: 210229

News Link :
https://www.islamtimes.org/az/news/210229/iran-xarici-işlər-nazirliyi-bəyanat-yaydı

Islam Times
  https://www.islamtimes.org