QR CodeQR Code

MAQATE rəhbərindən İranla bağlı şok açıqlama

9 Nov 2012 23:29

IslamTimes - “Bizdə İranın nüvə silahı istehsal etməsi haqqında heç bir məlumat yoxdur və olmayıb”


İranın nüvə obyektlərinin əksəriyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır və aparılan araşdırmalar onların dinc məqsədlərlə fəaliyyət göstərməsindən xəbər verir. MAQATE-nin baş katibi Yukio Amano belə bir bəyanatla çıxış edib, - “RİA Novosti” xəbər verir.

Amano qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat heç bir zaman İranın nüvə silahı əldə etməyə çalışdığını və bu istiqamətdə işlər görməsini iddia etməyib.

“MAQATE-nin hazırladığı hesabatlar İranın nüvə silahına malik olması barədə məlumatlar verməyib. Bizdə belə bir məlumat yoxdur və olmayıb. Biz heç vaxt belə deməmişik”, - deyə MAQATE rəhbəri vurğulayıb. /Deyerler/


Story Code: 210596

News Link :
https://www.islamtimes.org/az/news/210596/maqate-rəhbərindən-iranla-bağlı-şok-açıqlama

Islam Times
  https://www.islamtimes.org