QR CodeQR Code

Suriya qüvvələri üsyançılardan ABŞ istehsalı olan silahları müsadirə ediblər

İslamtimes , 10 Nov 2012 10:05

İslamtimes - Suriya təhlükəsizlik qüvvələri paytaxt Dəməşqdə hökumət əleyhinə vuruşan üsyançılardan snayper tüfəngləri də daxil olmaqla ABŞ istehsalı olan xeyli sayda silah-sursat müsadirə ediblər.


islamtimes.org/az/ - Suriyanın rəsmi xəbər agentliyinin verdiyi məlumata əsasən Suriya ordusu cümə günü paytaxt yaxınlığında yerləşən əl Tadamun ərazisində üsyançılar ilə toqquşma olduqdan sonra üsyançılardan silah-sursat ilə dolu iki maşını müsadirə ediblər.

Hökumət qüvvələri həmçinin əl Tadamunda yerləşən əl Zubeyr məscidi yaxınlığında xaricdən dəstək alan üsyançılar ilə döyüşmüş və terroristlərdən bir neçəsini öldürmüş və yaralamışdılar.

Onlar Dəməşqin Harasta məntəqəsində gizlənən üsyançılara hücum etdikdən sonra xeyli sayda silah-sursat ələ keçiriblər.

Bu arada Hələb şəhərində Suriya ordusu ilə üsyançılar arasında olan toqquşma zamanı ən azı 8 üsyançı qətlə yetirilmişdir. Suriya ordusu həmçinin Hələbin qonşuluğunda yerləşən al Midan şəhərində terror hücumu etmək istəyən üsyançını zərərsizləşdiriblər.

Hama, Homs və Deyr əl Zavr şəhərlərində aparılan əməliyyatlar zamanı da xeyli üsyançı qətlə yetirilib.

Suriya 2011-ci ilin mart ayının ortalarından etibarən münaqişə içərisindədir. Təhlükəsizlik qüvvələrid də daxil olmaqla xeyli sayda insane həlak olub.

Suriya hökuməti Qərb ölkələri ilə yanaşı Səudiyyə Ərəbistan, Qətər və Türkiyəni ölkədəki üsynaçılara silah-sursat və digr yardımlar etməklə münaqişəni qızışdırmaqda ittiham edib.


Story Code: 210671

News Link :
https://www.islamtimes.org/az/news/210671/suriya-qüvvələri-üsyançılardan-abş-istehsalı-olan-silahları-müsadirə-ediblər

Islam Times
  https://www.islamtimes.org