0
Saturday 10 November 2012 - 10:05

Suriya qüvvələri üsyançılardan ABŞ istehsalı olan silahları müsadirə ediblər

Story Code : 210671
Suriya qüvvələri üsyançılardan ABŞ istehsalı olan silahları müsadirə ediblər
Suriya qüvvələri üsyançılardan ABŞ istehsalı olan silahları müsadirə ediblər
Islam times.org/az/ - Suriyanın rəsmi xəbər agentliyinin verdiyi məlumata əsasən Suriya ordusu cümə günü paytaxt yaxınlığında yerləşən əl Tadamun ərazisində üsyançılar ilə toqquşma olduqdan sonra üsyançılardan silah-sursat ilə dolu iki maşını müsadirə ediblər.

Hökumət qüvvələri həmçinin əl Tadamunda yerləşən əl Zubeyr məscidi yaxınlığında xaricdən dəstək alan üsyançılar ilə döyüşmüş və terroristlərdən bir neçəsini öldürmüş və yaralamışdılar.

Onlar Dəməşqin Harasta məntəqəsində gizlənən üsyançılara hücum etdikdən sonra xeyli sayda silah-sursat ələ keçiriblər.

Bu arada Hələb şəhərində Suriya ordusu ilə üsyançılar arasında olan toqquşma zamanı ən azı 8 üsyançı qətlə yetirilmişdir. Suriya ordusu həmçinin Hələbin qonşuluğunda yerləşən al Midan şəhərində terror hücumu etmək istəyən üsyançını zərərsizləşdiriblər.

Hama, Homs və Deyr əl Zavr şəhərlərində aparılan əməliyyatlar zamanı da xeyli üsyançı qətlə yetirilib.

Suriya 2011-ci ilin mart ayının ortalarından etibarən münaqişə içərisindədir. Təhlükəsizlik qüvvələrid də daxil olmaqla xeyli sayda insane həlak olub.

Suriya hökuməti Qərb ölkələri ilə yanaşı Səudiyyə Ərəbistan, Qətər və Türkiyəni ölkədəki üsynaçılara silah-sursat və digr yardımlar etməklə münaqişəni qızışdırmaqda ittiham edib.
Source : İslamtimes
Comment