QR CodeQR Code

“Sendi“dən ziyan çəkənlər türmələrə yerləşdirilir

11 Nov 2012 08:04

IslamTimes - Nyu-York rəhbərliyi “Sendi” qasırğasından sonra evsiz qalmış şəhər sakinlərini qaralı türmədə yerləşdirməyi təklif edib.


Şəhər administrasiyası müvəqqəti olaraq 900 nəfəri Steyten-Aylend rayonunda 2011-ci ildən bağlanmış Artur Kill adına türmədə yerləşdirməyi planlaşdırır.

Az.News.az-ın “The New York Times”-a istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda hələ də 40 min nəfər evsiz insan qalır. Yalnız Steyten-Aylend rayonunda 5 mindən artiq insan müvəqqəti sığınacaq üçün müraciət edib.

Qeyd edək ki, ABŞ-ın şərq sahillərində baş vermiş “Sendi” qasırğası nəticəsində 113 nəfər həlak olub. Fəlakət nəticəsində ölkəyə onlarla milyard dollar ziyan dəyib.


Story Code: 210923

News Link :
https://www.islamtimes.org/az/news/210923/sendi-dən-ziyan-çəkənlər-türmələrə-yerləşdirilir

Islam Times
  https://www.islamtimes.org